Tarixdə bu günün hökmü: 19 noyabr

  • 19 noy 2017, 11:07

"Demokratik.Az”-ın məlumatına görə, tarixdə bu gün bir sıra əlamətdar hadisələrlə yaddaş yazıb. Bugünün xronoloji hadisələrinə diqqət edək: 

1816— Varşava Universiteti təsis edildi.

1946 — Əfqanıstan, İslandiya və İsveç BMT üzvlüyünə qəbul edildilər.

1900 — Bakı əhalisi və polisin fəaliyyətindən bəhs edən "Bakı camaatının həyatı və Böyük Knyaz prospekti ilə hərəkəti" filmi ilk dəfə nümayiş olundu.

1946 — BMT irqi və dini ayrı-seçkiliyi pisləyən qətnamə qəbul etdi.

1969 — Pele Rio de Janeyronun Marakana stadionunda futbol yarışlarında 1000-ci qolunu vurdu.

1977 — Misir prezidenti Ənvər Sadat İsrailə səfər etmiş ilk ərəb lideri oldu.

1979 — SSRİ-də ilk sürət qatarı (200 km/saat) Moskva-Leninqrad reysi ilə hərəkətə başladı.

1985 — ABŞ prezidenti Ronald Reyqan Cenevrədə SSRİ lideri Mixail Qorbaçovla görüşdü.

1987 — 1931-ci il istehsalı olan "Bugatti Royale" hərrac yolu ilə avtomobil tarixində o dövrə qədərki ən baha qiymətə — 5,5 milyon dollara satıldı.

Demokratik.Az

Oxşar xəbərlər