18 noyabr:-Tarixdə bu günün hökmü

  • 18 noy 2017, 10:26

"Demokratik.Az”-ın məlumatına görə, tarixdə bu gün bir sıra əlamətdar hadisələrlə yaddaş yazıb. Bugünün xronoloji hadisələrinə diqqət edək: 

1830 — Belçika müstəqilliyini elan etmişdir.

1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edildi.

1918 — Litva Rusiyadan müstəqilliyini elan etdi.

1928 — "Mikki Maus"un təqdimatı keçirildi.

1931 — Yaponiya qoşunları Mancuriyanıişğal etdi.

1933 — İstanbul Darülfünunu İstanbul Universiteti adı ilə fəaliyyətə başladı.

1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirdi, Səddam Hüseyn həbs edildi.

1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar oldu.

1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etdi.

1995 — Vatikan qadınlara dini vəzifə verilməsini qadağan edən qərarını qüvvədə saxladı.

1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda 100-dən çox işçi həlak oldu.

1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalandı.

 

Demokratik.Az

Oxşar xəbərlər