Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:19 - 18.10.2019  
Şadlıq evlərinə “sürpriz”
Tarix: 18-11-2017, 09:57 | Bölmə: Xəbərlər » Maraqlı

Müəllif Hüquqları Agentliyi: "Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir”

Şadlıq evlərinə “sürpriz”Nazirlər Kabinetinin qərarı ilə "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklər ictimaiyyətdə bəzi suallar doğurub. Məsələyə aydınlıq gətirmək üçün Müəllif Hüquqları Agentliyindən "Yeni Müsavat”a açıqlama verilib.

Qurumdan bildirilib: "Şadlıq evlərində, restoran və kafelərdə musiqili əsərlərin istifadəsinə görə müəlliflərə qonorar ödənilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarın tətbiqi bir yenilik deyil. Bu qanun 20 ildir mövcuddur, sadəcə olaraq ”Müəllif  və əlaqəli hüquqlar haqqında" Qanunun həyata keçirilməsini nəzərdə tutan bu akt 20 il keçdikdən sonra müasirləşdirilib.

Dünya praktikasına nəzər saldıqda görürük ki, əqli mülkiyyət və maddi mülkiyyət sahiblərinin qarşılıqlı münasibətlərini tənzimləyən qanunlar uğurla tətbiq olunur. Yəni hər kəsə bəllidir ki, şadlıq saraylarında, restoranlarda ifa olunan keyfiyyətli musiqi marketinq komponentinin vacib tərkib hissəsidir. Başqa sözlə desək, şadlıq saraylarında və restoranlarda səslənən əsərlər daha çox müştəri cəlb etməklə, məhz maddi mülkiyyət sahiblərinin qazancını artıran bir amildir. Bu bir növ sahibkarın əldə etdiyi qazancın çox cüzi bir hissəsinin istifadə olunan əsər müəllifləri ilə bölüşməsi anlamına da gəlir".

Qeyd olunub ki, müəllif qonorarı ilə bağlı məbləğ cüzidir:

"Qərara əsasən əsərlərin istifadəsinə görə restoranlarda, kafelərdə, barlarda və digər ictimai yerlərdə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odənilməlidir. Toy mərasimləri keçirən obyektlərə gəlincə hər tədbir üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir”.

Qurumdan həmçinin bildirilib ki, qonorarı müəlliflərə müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir:

"Sözügedən qonorar ödənişinin müğənnilərə heç bir aidiyyətı yoxdu, qonorarı müəlliflərə əsərləri kommersiya məqsədi ilə istifadə edən şadlıq sarayı və restoran sahibləri ödəməlidir və bu çox ədalətli bir prinsipdir”.

Qurum qonorarların ödəmə qaydasına da aydınlıq gətirib:

"Bu mexanizm çox sadədir və dünya praktikasına istinadən yeni deyil. Restoran və ya şadlıq sarayının sahibləri tədbir bitdikdən sonra ifa edilmiş əsərlərin siyahısını qonorar yığımını həyata keçirən yerli ictimai təşkilata göndərir. Həmçinin qonorar məbləği də eyni təşkilatın hesabına köçürülür. Qonorar yığımını həyata keçirən həmin ictimai təşkilat təqdim edilmiş siyahıya uyğun olaraq qonorarları müəlliflər arasında bölüşdürür. Bir vacib məsələdə ondan ibarətdir ki, qonorar ödənildiyi halda söhbət milli və xarici əsərlər arasındakı ayrı seçkilikdən getmir. Qaydalar bütün əsərlərə aiddir, çünki qonorar yığan ictimai təşkilat adətənMüəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Beynəlxalq (CISAC) qurumun üzvüdür və qayda bütün üzvlərə şamil edilir”.

O da vurğulanıb ki, xalq mahnılarına görə qonorar nəzərdə tutulmayıb.

Xalidə GƏRAY

Xəbər 2244 dəfə oxunub






Oxşar xəbərlər

12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.48654] initstartout [0.00030] initstartin [0.00146] calstart [0.04338] calend [0.00101] topnewsend [0.00956] rsssend [0.00000] ehgend [0.03024] tagsstart [0.00121] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.39933]