İnsan öləndən sonra ətrafı necə izləyə bilir?

  • 07 noy 2017, 08:44

Ölümdən sonra insanlar öldüklərini və ətrafında baş verənləri başa düşürlər.

Bu barədə açıqlamanı Nyu York Universitetinin Langone Tibb Mərkəzindən olan tədqiqatçılar yayıblar. Tədqiqatçıların araşdırmasına görə, ölümündən bir qədər sonra insanlar hələ də şüurlu olurlar. Buna əsas kimi beyinin ölümdən sonra da aktiv olması göstərilib.

Tədqiqatçıların rəhbəri Sem Parnianın sözlərinə görə, insan öləndən sonra beyin hüceyrələri ölməyə başlayır:

"Bu ölümlə eyni anda baş vermir, ona bir neçə saat vaxt sərf olunur. Onlar həkim və tibb bacılarını gördüklərini və iş zamanı danışdıqları bütün söhbəti eşitdiklərini söyləyə bilərlər".

Oxşar xəbərlər