Ceff Bezos dünyanın ən zəngin adamı oldu

  • 28 okt 2017, 08:46

ABŞ-ın "Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib.

 

APA-nın xəbərinə görə, bu barədə "Bloomberg” və "Forbes” məlumat verib.

 

"Amazon”un səhmlərinin qiymətinin kəskin artması C.Bezosa "Microsoft”un təsisçisi Bill Geytsi üstələməyə imkan verib. Son sutka ərzində "Amazon”un səhmlərinin qiyməti 10%, 53-yaşlı sahibkarın sərvəti isə 10 milyarddan çox artıb.

 

"Forbes”un hesablamalarına  əsasən, hazırda С.Bezosun sərvəti 93,1 milyard təşkil edir, "Bloomberg” isə bu rəqəmin 93,8 milyard olduğunu bildirir. Qeyd edək ki, "Amazon” dünyada İnternet vasitəsi satışlar həyata keçirən ən irimiqyaslı portaldır.

Demokratik.Az

Oxşar xəbərlər