Alyaskada naməlum məxluqun qalıqları tapıldı

  • 27 okt 2017, 08:50

Alyaskada, Berners körfəzi yaxınlığında yerli sakin Byorn Dilem  naməlum dəniz məxluqunun qalıqlarını aşkarlayıb.  Lent.az-ın "The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, B.Dilem  əvvəlcə skat aşkarladığını güman edib, lakin yaxından izlədikdən sonra tapıntının daha iri məxluqun qalıqları olduğu qənaətinə gəlib. B.Dilem qalıqlardan kəskin ammonyak (NH3) qoxusunun gəldiyini qeyd edir.

 

Mütəxəssislər aşkarlanan qalıqların hansı dəniz məxluquna aid olduğunu müəyyənləşdirmək məqsədilə qalıqlardan analiz üçün nümunələr götürüblər.  Onlar aşkarlanan qalıqların 7 metrədək uzunluğu olan qütb akulanın qaraciyəri olduğunu ehtimal edirlər.

 

Demokratik.Az

Oxşar xəbərlər