Şahzadə ilə gecə klubunda tanış olub evləndi

  • 21 okt 2017, 08:12

33 yaşlı amerikalı Ariana Ostin efiopiyalı şahzadə Coel Makonnenlə nişanlanıb.

Cütlük gecə klubunda tanış olub. Bu barədə "The Independent” qəzeti yazıb. Toy efiopiyalı provaslav kilsəsində baş tutub. Mərasimdə 13 keşiş iştirak edib. Ariana şahzadə ilə 12 il əvvəl Vaşinqtondakı gecə klubunda, 21 yaşı olanda tanış olublar. "Heç kəs "Pearl”ə gedib, orda evlənəcəyi adamla tanış olacağını təxmin etmir”. Bunu da cütlüyün ortaq tanışlarından biri deyib. Şahzadə qıza və onun rəfiqəsinə yaxınlaşaraq, onları modelə oxşatdığını deyib. Beş dəqiqə sonra isə Arianaya bəyan edib ki, onunla sevgili olacaq. 

2014-cü ildə şahzadə ona evlənmə təklifi etməyə cəhd etsə də, qəfil problemlə üzləşib. Belə ki, o, əlində üzüklə Ariananın evinə gələndə öncə qapını döyüb. Amma bu zaman qız evə oğru gəldiyini düşünərək, qapını açmayıb: "O, qapını elə aqressiv döyürdü ki, mən cavab vermədim. Daha sonra o, növbəti dəfə gəldi və mən onda qapını açdım”.

35 yaşlı Coel Makonen Efiopiyanın sonuncu imperatoru Hayle Selassienin nəticəsi sayılır.

Oxşar xəbərlər