Ayda 50 kilometrlik mağara tapıldı

  • 21 okt 2017, 08:09

Ayın üzərini və geoloji quruluşunu təhlil edən yapon elm adamları 50 kilometr uzunluğunda və 100 metr genişliyində bir mağara kəşf etdi.

Ayın ətrafında dolaşan və Yaponiyaya aid olan Selene adlı kosmik vasitə öncə 50 metr genişliyində və 50 metr dərinliyə qədər enən bir mağara tapdı. Bu həftə içində isə yapon kosmik araşdırmaları agentliyi Jaxa, mağaranın radio dalğaları ilə incələndiyini və altındakı boşluğun 50 kilometr boyunca davam etdiyini duyurdu. 

Agentlik ayrıca mağaranın yetərincə dözümlü olduğu, qayalıqlar içində həbs olunmuş su və buz cəbhələrinin də buluna biləcəyini bildirdi. Yapon ay şahzadəsi mənasına gələn Kaquya ləqəbi ilə xatırladılan kosmik maşın Selene əldə etdiyi məlumatları Jaxaya göndərdi. Jaxadakı araşdırmaçılar böyük mağaranın Marius Təpələri olaraq bilinən və 3,5 milyard il öncəki vulkanik fəaliyyətin yol açdığı geoloji quruluşların 200 metr altında olduğunu bildirdi.

Demokratik.Az

Oxşar xəbərlər