Misir piramidalarının sirr çözüldü -sən demə...

  • 26 sen 2017, 07:44


Əsrarəngiz Misir piramidalarının necə tikilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, alimlər nəhayət ki, bu suala cavab tapıblar.
 
Misirdəki ən böyük piramida olan Xeops ehramının inşasında istifadə olunmuş 2 tonluq daşların Nil çayı vasitəsilə daşındığı üzə çıxıb.
 
Piramidaların inşasını həyata keçirən Merer adlı misirlinin gündəliklərini oxuyan alimlər ümumilikdə 170 tonluq qaya parçalarının Nil çayı vasitəsilə xüsusi hazırlanmış qayıqlarla daşındığını aşkar ediblər.
 
Qeyd edək ki, bu günə qədər ehramların tikintisində nəhəng daşların yadplanetlilər tərəfindən gətirilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilirdi.(kult.az)
Oxşar xəbərlər