Şiddətli istilər nə qədər davam edəcək?

  • 09 avq 2017, 11:40

Bir neçə gündür ölkədə müşahidə olunan şiddətli hava şəraiti bu gün də davam edəcək.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib. Bildirib ki, Bakı və Abşeron yarımadasında 35 və 40, bəzi yerlərdə 42 dərəcə, bölgələrmizdə 35-40, Mərkəzi Aran rayonlarında eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42-43 dərəcə, dağlıq rayonlarda isə 30-34 dərəcə isti gözlənilir.

 

G. Məmmədova əlavə edib ki, ilkin məlumatlara görə, avqustun ilk 10 günlüyündə isti hava şəraiti hökm sürəcək.

Oxşar xəbərlər