9 yaşlı uşaq iş üçün NASA-ya müraciət etdi

  • 07 avq 2017, 21:17

ABŞ-ın Nyu Cersi əyalətində yaşayan 9 yaşlı Cek Deyvis NASA-nın "planet mühafizəçisi" vəzifəsi üçün müraciət edib.

 Deyvis bununa bağlı məktub yazıb: "Hörmətli NASA, adım Cek Deyvisdir və "planet mühafizəçisi" vəzifəsi üçün müraciət etmək istəyirəm. 9 yaşım ola bilər, lakin bu işə uyğun olduğumu fikirləşirəm. Bunun səbəblərindən biri bacımın mənə yadplanetli deməsidir".

Bütün kosmos və super qəhrəman filmlərini, kompyuter oyunlarını oynamağı yaxşı bacardığını deyən Cek çox cavan olduğunu və yadplanetli kimi düşünməyi öyrənə biləcəyini deyib. 

NASA azyaşlıya "Həmişə ağıllı və bacarıqlı alimlər axtarışında olmuşuq, sənin dərslərini yaxşı oxuyub məktəbdə böyük uğur qazanacağına inanırıq və gələcəkdə NASA-da görmək istəyərik" cavabını verib.

Oxşar xəbərlər