ADAU-da müasir aqrokimya laboratoriyası var

  • 27 iyul 2017, 19:23

Dövlətimizin aqrar sahəyə göstərdiyi qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analizi üçün aqrokimya laboratoriyaları quraşdırılmışdır.

Bu laboratoriyalardan biri də Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) verilmişdir.  Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri, torpağın aqrokimyəvi,  bioloji, su-fiziki, hava və istilik xassələrini təyin etmək, torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkar etmək mükündür.

Laboratoriyanın avadanlıqlarından səmərəli istifadənin təmin edilməsi və iş prosesinin fermerlərin tələblərinə uyğun qurulması məqsədilə ADAU-nun Aqronomluq fakültəsinin bir qrup əməkdaşı və tələbəsi Türkiyənin İğdır Universitetində, Bakı şəhərində Dövlət Fitosanitar Nəzarəti Xidmətində təcrübə keçiblər. Hazırda Kənd Təsərrüfatı Nazirliyi Göygöl Regional aqrokimya laboratoriyasında təcrübələrini artırmaq üçün müxtəlif analizlər aparırlar. Xüsusilə, Atomotic Absorbtion Spectroscopy (AAS) cihazında makro elementlərin, Kyeldal cihazında isə ümumi azotun təyin edilməsi üzrə analizlər aparılır.

Universitetin müasir laboratoriyası elmi-tədqiqat və tədris prosesi ilə yanaşı regionda fəaliyyət göstərən fermerlər üçün də xidmət göstərir.





 

Oxşar xəbərlər