“WhatsApp”dan yazışmalarda daha bir yenilik

  • 24 iyun 2017, 13:23

Milyonlarla istifadəçisi olan "WhatsApp” proqramı daha bir yeniliyə imza atdı.

Publika xəbər verir ki, istifadəçilər artıq rahat bir şəkildə istənilən formatda olan faylları paylaşa biləcəklər.

Göndərilə biləcək faylların bütün özəllikləri hələlik bəlli olmasa da, fayl ölçülərinin müəyyən qədər kiçildilməsi nəzərdə tutulur: "İOS” istifadəçiləri 128 MB, "Android” istifadəçiləri isə 100 MB ölçüsündə fayl göndərə biləcəklər.

Hazırda test edilən yenilik yaxın zamanlarda dövrəyə buraxılacaq və istifadəçilər proqramı yeniləməklə daha geniş funksiyalara sahib bir mesajlaşma platformasına sahib olacaqlar.

Oxşar xəbərlər