Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:28 - 15.08.2018  
Xoş Gəldin 11 Ayın Sultanı!
Tarix: 29-05-2017, 10:29 | Bölmə: Xəbərlər » Maraqlı

Bismillahir-rəhmanir-rəhim

<!-- [endif] -->

Xoş Gəldin 11 Ayın Sultanı!Allah-Təalanın İslam ümməti üçün vacib buyurduğu orucluq ibadətinin - mübarək Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə mayın 27-nə təsadüf edib. Yəni, may ayının 26-sı orucluğun niyyət gecəsi olub. Bugün orucluğun 3-cü günüdür.

Əzəməti və mərhəməti hədsiz olan Allah-Təala mübarək Ramazan ayında oruc tutan möminlərə sonsuz fərəh və iman sevgisi, yüksək mənəvi dəyərlər, ali bəşəri hisslər bəxş edir. Uca Allah bu mübarək ayda insanlara günahlarının bağışlanmasına, daha çox savab qazanmasına imkan yaradır, qəlblərində xeyrli əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin yollarını göstərir. Heç şübhəsiz ki, Allah yolunda oruc tutanların əcri böyükdür. Allah-Təala Qurani-Kərimdə buyurur:

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...” (əl-Bəqərə, 183).

Həzrət Muhəmməd (s) mübarək hədisi-qüdsidə buyurmuşdur:

"Allah-Təala buyurur: "Oruc Mənim üçündür, mükafatını da Özüm verəcəyəm”.

Cənnət qapılarının ibadət əhli üçün açıldığı bu ayda möminlər daha çox Quran oxumalı, ibadət etməli və zikrlə məşğul olmalıdırlar.  İnsanın kamilliyinə, cəmiyyətin birliyinə nail olmaq üçün gözəl məqam olan oruc ibadəti günlərində camaat namazlarında iştirak etmək, Ramazan gecələrini, xüsusilə, min aya bərabər tutulan Qədr (əhya) gecələrini Allah evində-məscidlərdə ibadətlə keçirmək, alimlərin söhbətlərindən, müqəddəs dinimizin fəzilətlərindən daha artıq faydalanmaq məsləhətdir. Mübarək Ramazan ayında hamınızı səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edirik. Qurani-Kərimdə buyurulduğu kimi:

"Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın dosta ... müsafirə yaxşılıq edin!...” (ən-Nisa, 36) .

Müqəddəs dinimiz orucun vacib əməli olan fitrə zəkatını şəriət qanununa müvafiq olaraq vaxtında ödəməyi və bununla da imkansızlara dayaq olmağı, onlara da bayram sevinci yaşatmağı vacib buyurur. Onu da nəzərinizə çatdırmaq istərdik ki, bədənin zəkatı oruc olduğu kimi, onun da qəbul olunması üçün fitrə zəkatı əsas şərtdir. Hər bir imkanlı müsəlman Ramazan bayramı gecəsi 3-kq buğda, arpa, düyü, qarğıdalı və ya xurma, kişmiş, ya da onun dəyərini pulla imkansızlara verməlidir.

Bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün ehsan olaraq iftar süfrələrinin açılması da orucumuzun Allah dərgahında qəbul olması üçün bir vəsilədir.

Müqəddəs Ramazan ayında Uca Allahdan işğal olunmuş torpaqlarımızın azad olunması üçün dualar edir və Vətən torpağı uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyirik! Xalqımızın xoş gələcəyi, müstəqilliyimizin daha  da möhkəmlənməsi uğrunda səy göstərən dövlət rəhbərimiz İlham Əliyev başda olmaqla hər birimizin ülvi niyyətlərinin yerinə yetməsini Allah-Təala bizlərə nəsib etsin. Qoy Uca Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin! Amin! 

Möhtərəm mömin qardaş və bacılarımız! Allaha məhəbbət və itaət, bəşərə mərhəmət dolu mübarək Ramazan ayı münasibətilə sizləri təbrik edir, Allah rizası üçün oruca, ibadətə dəvət edirik. Uca Yaradandan Vətənimizi xəta-bəlalardan hifz etməsini, mənəvi birliyimizi daha da möhkəmləndirməsini diləyirik. Allah məğfirət, ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərini hər birimizə nəsib etsin, orucumuzu, ibadətlərimizi və dualarımızı qəbul etsin! Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh!

Demokratik.Az

Xəbər 2361 dəfə oxunub






Oxşar xəbərlər

Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"
Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarət gücləndirilməlidir!
İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”
ULDUZ FALI - 15 AVQUST
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Nazirdən YENİ TƏYİNAT
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert
700 bal toplayanlara telefon hədiyyə verildi
Taliban Əfqanıstanda hərbi bazanı ələ keçirdi
Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
Bakıda da dollar yandırdılar - VİDEO - YAŞASIN ƏRDOĞAN!
Füzulidə yol tikintisinə 4,7 milyon manat ayrıldı
DİN və Ekologiya Nazirliyi Xəzərin sahilində reyd keçirdi - 65 minlik CƏRİMƏ
Abşeronda oğurluq: Zərərçəkmiş narkomanlardan şübhələnir - ŞİKAYƏT
Türkiyənin ordu generalı Bakıya gəldi – Foto
Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi
Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb
Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır
Bürcünüz – 12 avqust

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13939] initstartout [0.00019] initstartin [0.00089] calstart [0.01129] calend [0.00656] topnewsend [0.00460] rsssend [0.00000] ehgend [0.00802] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10706]