Məhəmməd peyğəmbərin yazdığı məktublar...- FOTO

  • 16 may 2017, 14:53

Məhəmməd Peyğəmbər əleyhissəlamın öz əli il yazdığı məktublar bu günədək qorunub saxlanmışdır. Məlumdur ki, Peyğəmbərimiz(s) bir sıra məktublarını Ərəbistan yarımadasından kənardakı hökmdarlara ünvanlamışdır.

 

Hicri tarixinin 6-cı ilində Əl-Mükəvkis adlı hökmdara yolladığı məktubda Allah Rəsulu(s) yazırdı ki, əgər o, İslamı qəbul edərsə, Allah onun mükafatını artıracaq.  Peyğəmbər(s) eyni zamanda Qurani-Kərimdən surə də misal çəkmişdir:” (Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”(Ali-İmran surəsi, 64-cü ayə).

 

Məhəmməd Peyğəmbər(s) həmçinin, Həbəşistan hökmdarı Əşəm ibn Əcərə, Bizans imperatoru Herakliusa, Persiya(İran) hökmdarı Xosrova, Şam hökmdarı Haris Həssənə və s. məktublar göndərmişdşir. Bu məktublrda da İslama dəvət vardır. 

 

Bəzi rəvayətlərə görə, Persiya(İran) hökmdarı Xosrov Peyğəmbərimizin(s) məktubunu cırıb atmışdır. Bundan sonra onun imperiyası tamamilə zəifləmiş, Xosrov özü isə ölmüşdür. Peyğəmbərin(s) yazdığı məktubların əsllərindən bəziləri İstanbulda, bir çoxları isə  Mədinədə saxlanılır. Hər bir məktubun üzərində Peyğəmbərin(s) şəxsi möhürü vardır.

 

"Demokratik.Az"

Oxşar xəbərlər