Kibariyə Şüvəlanda villa aldı

  • 02 may 2017, 09:48

Türkiyəli müğənni Kibariyə Bakıda villa alıb. 

"Demokratik.Az” xəbər verir ki, sənətçi bu barədə jurnalistlərə açıqlamasında deyib. 

Sənətçi bildirib ki, Bakının Şüvəlan qəsəbəsində özünə ev alıb:

"Azərbaycan mənə doğma olan bir ölkədir.  Bura gələndə hiss edirəm ki, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Mənə çox hörmət etdilər.  Hesab edirəm ki, bura tez-tez gəlməliyəm. Ona görə də, özümə ev almışam. Artıq mən də bakılıyam, şüvəlanlıyam”.

 

"Demokratik.Az"

Oxşar xəbərlər