Dünya tarixçiləri Lənkərana toplaşacaq

  • 22 apr 2017, 19:29

Lənkəranda "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək

Aprelin 23-dən 26-dək Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək. Musavat.com xəbər verir ki, bu barədə Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi xüsusi bülletenlə çıxış edib. Orada bildirilir ki, beynəlxalq elmi konfransın açılışı 24 aprel saat 11:00-da olacaq.

Konfransda dünyanın müxtəlif ölkələrindən (Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya Federasiyası və onun subyektləri – Tatarıstan, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Adıgey, Çeçenistan) 60-a yaxın, Azərbaycan Respublikasından isə 75 nəfər tarixçi-alimin 135 adda məruzəsi dinləniləcək.

Tədbirin açılışı Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Demokratik.Az


Oxşar xəbərlər