Bürclər - 19 APREL

  • 19 apr 2017, 09:17

 

Qoç - hərəkətləriniz üçün daha geniş, azad və asudə şərait yaranıb. Mənasız xülyalara, məntiqsiz arzulara qapılmayın. Belə olarsa, göz qarşısında duran məsələni nəzərdən qaçırmayacaqsınız.

Buğa - soyuqqanlı davranın. Günün hadisələri yaxın vaxtlarda yaşanacaq olayların məcra təmayülünü müəyyənləşdirir. Perspektivləri dəyərləndirin, yeni planlar qurun.

Əkizlər - həyat sizdən sürətli davranış və fəallıq tələb edir. Tərəfdaşlar tapmaq, münasibətləri bərpa etmək, diqqət gözləyən insanla səmimi davranmağı unutmayın.

Xərçəng - yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Laqeyd və xudpəsənd olmayın. Yardım gələcəyə investisiya da sayıla bilər.

Şir - səhər saatlarında aktiv çalışın. İşləri yarımçıq qoymayın. Axşam saatlarında tanış və dostlarla yazışmaq olar. Bu gün əldə ediləcək məlumat yeni ideyalar mənbəyinə çevrilə bilər.

Qız - mövqelərinizi möhkəmləndirərək imkanlarınızı artıra biləcək addımları planlaşdırın. Dostlarla birgə iş, səfər və genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli vaxtdır.

Tərəzi - qəfil dəvət və hadisələrlə qarşılaşa bilərsiniz. Axşam saatlarında piyada gəzin, açıq havada olun. Yaxınlarınızla münasibətlərdə səxavətli, səmimi və həssas olun.

Əqrəb - bəzi stereotiplər və adətlərdən qurtularaq günün tələblərinə uyğun hərəkət edin. Alış-verişdə simiclik etməyin. Yeni əşyalar almaq istəyirsinizsə - alın.

Oxatan - hiss və emosiyalarınızı məhdudlaşdırmayın. Münasibətlərin inkişafı, təmaslarda köhnələn və effektivlik səviyyəsi aşağı düşən formatı dəyişmək zamanıdır.

Oğlaq - bir işə başlayıb o işi bitirin. Məhz sizə fayda və mənfəət vəd edən proseslərə qatılın. İnformasiyalar və məlumatları təhlil edin, yaxşı düşünün, hövsələsiz davranmayın. Axşam saatlarında əyləncə məkanına yollanmaq olar.

Dolça - problemi həll etmək üçün imkanlar boldur. Bir neçə mövzuda və müstəvidə uğur əldə edə bilərsiniz. Yaşam sizə çox vədlər verir, aldanmayın.

Balıqlar - aktiv davranış tələb edən gündür. Ünsiyyət və hadisələr bir-birlərini sıralayacaq.
Enerjinizdən və yaşam tonusunzun yüksək səviyyəsindən rasional yararlanın.

milli.az
Oxşar xəbərlər