Meymun uşağa analıq edir

  • 19 apr 2017, 07:56

Hindistanın Haryana əyalətinə bağlı Yamunagar şəhərində bir evə girən meymun evdəki 16 aylıq qızı sanki övladlığa götürüb.

Körpəyə eynilə bir ana kimi sahiblənən meymun hər fürsətdə balasını öpür, qucaqlayır və təmizləyir. Körpənin atası Sultan Singh təxminən üç ay əvvəl qızlarının yanına gəldiklərində pəncərədən girdiyi aydın olan meymunla oynadığını gördüklərini söyləyib.

Singh deyib ki, meymunun qızlarını sanki sahiblənərək öpüb daramasını görüncə heyvanı evə götürməyə qərar veriblər.

Demokratik.Az

Oxşar xəbərlər