Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:15 - 14.11.2019  
ANS-lə bağlı daha bir müəmma
Tarix: 5-04-2017, 08:38 | Bölmə: Xəbərlər » Maraqlı

Qulu Məhərrəmli: "ANS-in bağlanması hüquq məsələsi deyil”

ANS-lə bağlı daha bir müəmma

 

 

 

ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. AzadlıqRadiosunun yaydığı məlumatda qeyd olunur ki, şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib.

Eyni zamanda ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.

Onu da qeyd edək ki, son günlər ANS-in rəhbərliyi arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yaymışdı. Bəyanatda bildirilirdi ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur.

Yayılan xəbərə münasibət öyrənmək və məlumatı dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri olmuş Mais Məmmədovla əlaqə saxladıq. M. Məmmədov "Yeni Müsavat”a bildirdi ki, məsələdən xəbərsizdir: "Mən yayılan xəbərdən məlumatsızam. Avropa Məhkəməsinə müraciət məsələsinə gəlincə isə bu barədə də heç bir fikrim yoxdur. Ümumiyyətlə, ANS-lə bağlı hansı işlərin görülməsindən xəbərim yoxdur”.

ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru olmuş Sevda Həsənova ilə də əlaqə saxladıq. S. Həsənova da oxşar fikirlər səsləndirdi: "Bu barədə məndə məlumat yoxdur. Xəbərin AzadlıqRadiosunda yayıldığını deyirlər. Radionun saytına isə daxil olmaq mümkün deyil”.

ANS-in digər rəhbər şəxsləri ilə əlaqə cəhdimiz baş tutmadı.

Sosial şəbəkələrdə də bu məsələ istifadəçilər tərəfindən müzakirəyə çıxarılıb. Bəzi istifadəçilər yazırlar ki, hər zaman vətənpərvərlikdən danışan ANS-in rəhbərləri indi Avropa Məhkəməsinə müraciət edir. Digər bir qisim isə hesab edir ki, bu addım hökuməti daha da qıcıqlandıracaq.


Telejurnalist Qulu Məhərrəmli "Yeni Müsavat”a mövzu ilə bağlı bildirib ki, bu məsələdə ANS-in rəhbərliyini qınamaq doğru deyil: "Ümumilikdə, bu proses çox mürəkkəb bir prosesdir. Əlbəttə ki, Azərbaycanda heç kim qəzetin və ya televiziyanın bağlanmasını istəməz. Avropa Məhkəməsinə müraciət etmək isə hesab edirəm ki, vətənə xəyanət anlamına gəlmir. Çünki insanlar belə hesab edirlər ki, əgər pozulmuş hüquqları yerli məhkəmə bərpa edə bilmirsə, bunu Avropa Məhkəməsi həll edə bilər. Məncə, bu, sadəcə olaraq, bir prosedurdur. Şəxsən bu prosedurun bir faydasını görməsəm də, heç kimi də Avropa Məhkəməsinə müraciət etməsinə görə qınamaq olmaz. Belə hesab edirəm ki, ANS-in bağlanması hüquq məsələsi deyil. Ona görə də problemin hüquqi yolla da həll olunması bir qədər çətin məsələdir. Hər kəsə məlumdur ki, ANS hansı səbəbdən bağlanıb. Bu baxımdan, hüquq yolu ilə kanalın açılmasına nail olmaq cəhdi hüququn nə dərəcədə təsirli olmasını yoxlamaqla əlaqədar ola bilər. Məsələ ilə bağlı insanların da fikirlərinin birmənalı olmaması onunla əlaqəlidir ki, əvvəldən hüquq yolu ilə həll kursu götürülməyib. Azərbaycanda məhkəmələrin durumu, qərarların necə qəbul olunması da çoxlarına bəllidir. Digər tərəfdən də ANS-çiləri də anlamaq olar ki, onlar kanalın açılmasını istəyirlər və bu yolu götürüblər. Bunun sonu necə olacaqsa, indidən söyləmək çətindir”.


Q.Məhərrəmli bildirib ki, bu addım hökuməti, eləcə də bəzi şəxsləri qıcıqlandıra bilər: "Əlbəttə ki, bu addım hökuməti, müəyyən adamları, ANS əleyhdarlarını qıcıqlandıra bilər. Yaxşı, bəs bu qıcıq nə verəcək? ANS onsuz da efir məkanından məhrum olub, arxivlərinə də yaxın düşə bilmirlər. Ona görə də məhkəməyə müraciət edirlər. Qıcıqlandırma məsələsi bir qədər hissi məsələdir. Yəni bu addım qıcıqlandırıb daha pis nəticələrə səbəb olur, yaxud da indiki halda nə əldə olunur, deyə bunları götür-qoy etmək lazımdır. Götür-qoy etdikdə problemin həllinin daha da mürəkkəb bir mərhələyə qədəm qoyduğunu görürük”.


Yada salaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə ötən il 15 iyul hadisələrindən sonra ANS-in efirində Fətullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.


Teleradio Şurası ANS-ÇM radiosunun da lisenziyasını ləğv edib. ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

Demokratik.Az

Xəbər 2304 dəfə oxunub






Oxşar xəbərlər

Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.61835] initstartout [0.00025] initstartin [0.00105] calstart [0.05187] calend [0.00089] topnewsend [0.00698] rsssend [0.00000] ehgend [0.01227] tagsstart [0.00101] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.54398]