Bürclər: 23 mart

  • 23 mart 2017, 10:29
Qoç - maliyyə və əmlak məsələlərinin həllində, müzakirəsində fikir ayrılıqları, anlaşılmazlıqlar yarana bilər. Hadisələrin mənfi axarının öhdəsindən gəlmək üçün davranışınızda köklü dəyişikliklər edin.

Buğa - eksperimentlərdən qorxmayın. Hər şey ilk baxışdan göründüyü təki təhlükəli deyil. Yeni yerdə oxumaq və ya işləmək üçün sərfəli gündür. Yaradıcılıq potensialınızı nümayiş etdirə bilərsiniz.

Əkizlər - diqqətli olun. Bu gün səhvlərə yol versəniz, həmin yanlışlıqları sonradan sizə dəfələrlə xatırladacaqlar. Karyeranızın inkişafının asılı olduğu insanlar sizi diqqətlə izləyəcəklər.

Xərçəng - həmin adamlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün maksimum səy göstərin, entuziazmla çalışın. Danışıqlarda uğura nail ola bilərsiniz. Bu gün əldə olunan razılaşma və ya imzalanan sənədlərin sonradan dəyişəcəyi istisna deyil.

Şir - ailə üzvləriniz və yaxınlarınızla dil tapmağa çətinlik çəkəcəksiniz. Çünki sizi nadir hallarda tərifləyir, sürəkli tənqid edirlər. Sevdiyiniz adamın sizinlə bağlı gözləntiləri böyükdür.

Qız - bu gün edə biləcəyiniz ən yaxşı əməl özünüz olmaqdır. Ətrafdakılarda müsbət rəy yaratmaq naminə saxtakarlıq etməyin, olduğunuzdan fərqli görünməyə çalışmayın. Səhər saatlarında günün intensiv olacağı bəlli olacaq.

Tərəzi - işdə və ya təhsil müəssisəsində - fərq etməz, tapşırılan işlərin öhdəsindən müvəffəqiyyətlə gəlməyə çalışın. Rəqiblərə və ya bədxahlara fikir verməyin. Sizin onlara münasibətinizdən asılı olmayaraq, həmin adamlar öz işlərindədir.


Əqrəb - kimsənin sizi aldatmasına imkan verməyin. Bunu etmək çətindir, çünki təbii, kimsə aldanmaq istəməz, amma əksər zaman yalanın qurbanı olar. Yalana tuş gələcəksiniz və bu zaman tamahınız sizi üstələrsə, həmin yalanın qurbanına çevriləcəksiniz.

Oxatan -  təşəxxüs, eqoizm, müştəbehlik bu gün sizin üçün çox böyük problemlər yarada bilər. Ehtiyatlı olun - sevgi və şəfqət verə bilməyən adam həmin nəsnələri əldə edə bilməz. Axşam saatlarına yaxın yaşam sürətini bir qədər aşağı salın. Sosial şəbəkələrdə izafi vaxti keçirməyə dəyməz.

Oğlaq - prinsip etibarilə, heç pis gün deyil. Hər şey sizdən, əməllərinizdən, istəklərindən asılıdır. İşdə yoldaşlarınızı, həmkarlarınızı tərifləyin.

Dolça - aldığınız tapşırıqları yerinə yetirərkən rutinlikdən bir qədər kənara çıxın, fantaziya və təxəyyülü işə salın. Təşəbbüskar olun və bu zaman rəhbərlik səylərinizi görəcək.

Balıqlar - ünsiyyətlərinizdə seçkinlik edin, söhbət xatirinə danışmayın. Unutmayın ki, iş fasilələr edərək çalışmaq üçündür - çalışmağı fasilələr arasında etmək üçün yox.
Oxşar xəbərlər