Bu gün bizə bahar gəlir

  • 20 mart 2017, 11:28

 

 

 


 


 

Bu gün Azərbaycana bahar gəlir. Baharın gəlişi Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. Lent.az xəbər verir ki, həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

 

Demokratik.Az

Oxşar xəbərlər