Qadının selüliti varsa, ağıllıdır

  • 18 mart 2017, 09:50

Böyük Britaniya mətbuatının yazdığına görə, qadınların fiziki görüntüsü ilə onun ağlı arasında olan əlaqə araşdırılıb. Araşdırma nəticəsində böyük ombaya malik olan və sellülitli qadınların digərləri ilə müqayisədə daha ağıllı olduğu üzə çıxıb.

Alimlər bildirir ki, qadının ayaqlarında, qarnında və yanında daha çox piyin olması beyinə müsbət təsir göstərir. Bununla da onlar xüsusilə seksdə daha ağıllı olurlar.

Mütəxəssislər 95% qadında rast gəlinən sellülitə mənfi yanaşmanın düzgün olmadığı qənaətindədirlər: «Bu, problem kimi şişirdilib. Amma əslində sellülitin yaranması normal və təbii prosesdir. Sellülit həmişə olub və heç kim onu problem saymayıb. İndisə bu, reklam hoqqabazlığının obeyktinə çevrilib. Sellülit böyük bir sənayeyə işləməyə başlayıb.

Demokratik.Az

Oxşar xəbərlər