Əflatun Amaşov hökuməti medianın problemini həll etməyə çağırdı

  • 15 mart 2016, 22:20
"Hökumətin hesabatında "Azərbaycan Dövlət Televiyzası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti ilə AZƏRTAC-ın fəaliyyətinə dair məlumat əksini tapıb. Amma sənəddə KİV-ln İnkişafına Dövlət Dəstəyi Fondu və Milli Teleradio Şurasının fəaliyyətinə yer verilməyib”. 

Modern.az xəbər verir ki, bu sözləri deputat Əflatun Amaşov deyib. 

O qeyd edib ki, hər iki qurumun media məkanında yeri böyükdür :

"Lakin yaxşı olardı ki, gələcək illərdə Milli Televiziya və Radio Şurası ilə yanaşı, KİVDF-nin də faəliyyətindən bəhs edilərdi. Keçən iclaslarda bildirmişdim ki, devalvasiya mediaya təsir göstərir. Kağız və hazır çap məhsullarının qiymətlərində artım olub. Bu, çətin vəziyyəti bir qədər də qəlizləşdirilir və durğunluqla yanaşı, bir sıra KİV-lərin fəaliyyətini dayandırmasına səbəb olub. Təklif edirəm ki, medianın cəmiyyət həyatında rolunu nəzərə alaraq, kağız və hazır çap məhsullarının üzərindən ƏDV götürülsün”.
Oxşar xəbərlər