Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:20 - 22.05.2019  
“Yalan yayan KİV-lər cəzalanacaq” - Prezidentin köməkçisi
Tarix: 27-11-2015, 21:17 | Bölmə: Xəbərlər » Layihə

“Yalan yayan KİV-lər cəzalanacaq” - Prezidentin köməkçisi"Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib”. 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı Azərtac-a açıqlamasında belə deyib. Ə. Həsənov bildirib ki, KİV-lər Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edirlər: "Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəkdir. Bununla yanaşı, təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən "kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda "yoxlamalar”, evlərində "axtarışlar” aparılması, məmurların "həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə "əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur. Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir. Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir. Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəkdir”.
Xəbər 2632 dəfə oxunub






Oxşar xəbərlər

‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20540] initstartout [0.00019] initstartin [0.00099] calstart [0.01190] calend [0.00072] topnewsend [0.00504] rsssend [0.00000] ehgend [0.01524] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.17053]