Ərini öldürən qadına bəraət verildi

  • 22 fev 2017, 08:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Cəlilabad rayon sakini Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə N.Kərimovanın hadisədə təqsiri sübuta yetirilməyib və ona bəraət verilib.

İttihama görə, ötən il iyulun 23-də Ramana qəsəbəsində 1990-cı il təvəllüdlü, N.Kərimova həyat yoldaşı, 1985-ci il təvəllüdlü Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.

Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək bıçağı götürüb və ərinə zərbələr endirib.

Cütlüyün 4 yaşlı qızı qalıb.

"Demokratik.Az"

Oxşar xəbərlər