Ramil Usubov "MERO" rəislərinin yerini dəyişdi

  • 18 fev 2017, 10:45

Gəncə, Lənkəran və Şirvan şəhər imtahan-qeydiyyat şöbələrinin rəisləri dəyişdirildi

Baş Dövlət Yol Polisi İdarəsinin regional imtahan-qeydiyyat şöbələrinin rəhbərliyində dəyişiklik edilib. BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin (Lənkəran MERO-nun) rəisi Əlixan Zeynalov işdən azad olunub. O, Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi təyin olunub. Bundan əlavə, Gəncə şəhər imtahan-qeydiyyat şöbəsinin rəisi, polkovnik-leytenant Taryel Məmmədov da işdən azad olunub. O, Şirhan şəhər imtahan qeydiyyat şöbəsinin rəisi təyin olunub. Şirvan "MERO"nun rəisi, polkovnik Vüqar Məmmədyarov isə nazirin əmri ilə Gəncə "MERO"nun rəisi vəzifəsinə təyin edilib.

Demokratik.Az

Oxşar xəbərlər