Gəncədə yanğın olub - fotolar

  • 11 fev 2017, 15:34

Gəncədə 3 otaqlı mənzildə yanğın hadisəsi baş verib.

"Demokratik.Az”-ın əldə etdiyi məlumata əsasən, yanğın şəhərin 1-ci mikrorayonunda qeydə alınıb. Hadisə yerində olan əməkdaşımızın bildirdiyinə görə, əraziyə dərhal FHN-in Gəncə ş, Yanğınsöndürmə briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əldə etdiyimiz ilkin məlumata görə, mikrorayondakı 3-cü binanın 3-cü mərtəbəsindəki mənzilində köməksiz vəziyyətdə qalan Mərziyyə adlı yaşlı qadın yanğın səbəbindən huşunu itirib. FHN-in xilasediciləri qadını mənzilin pəncərəsindən çıxarmağa məcbur olublar. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Qonşuların bildirdiyinə görə, evində tənha yaşayan Mərziyyə ruhi xəstəlikdən əziyyət çəkir. Yanğını da qadının özünün törədə biləcəyi iddia edilir.


 

 

"Demokratik.Az"

Oxşar xəbərlər