Bakıda 64 yaşlı kişi öldürülüb

  • 06 fev 2017, 13:45
Bakıda qətl törədilib.
 
Nərimanov rayon Polis İdarəsindən  verilən məlumata görə, rayonun Ağa Nemətulla küçəsində yaşayan 1953-cü il təvəllüdlü Firudin Hüseynovun meyiti yaşadığı evdə tapılıb. O, başından küt alətlə vurularaq öldürülüb.
 
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.
 
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.( APA)
Oxşar xəbərlər