Bakıda palçıq vulkanı püskürdü

  • 06 fev 2017, 13:34

 

Bu gun saat 12.20  radələrində Səngəçal qəsəbəsi yaxınliginda yerləşən  Otman Bozdag palciq vulkaninda puskurmə bas verib.
 Bu barədə  Bizimyol.info-ya  Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü  Üzeyir Mikayılov məlumat verib.
Otman Bozdag Bakidan 35km cənub -şərqdə yerləşir.  Nisbi hündürlüyü  404 metr olan Otman Bozdağ  Azərbaycanın ən hündür palçıq vulkanlarından sayılır. Kraterin diametri isı 350 metrə çatır. Axrıncı dəfə 1 oktyabr 1965-ci  ildə püskürən vulkan, bu gün 12:20 radələrindində yenidən oyanıb. Püskürmə 20 dəqiqə davam edib.
Alovun hündürlüyü 250-300 metrə çatıb. Püskürmə nəticəsində böyük bulud əmələ gəlib.
 
Demokratik.Az
Oxşar xəbərlər