Gədəbəyli civə satarkən tutulub

  • 04 fev 2017, 19:40

 

İki kiloqram ağ civəni metronun "Koroğlu” stansiyası yaxınlığında beş min ABŞ dollarına satan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən (DİN)"Demokratik.Az"-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev iki kiloqram ağ civəni metronun "Koroğlu” stansiyası yaxınlığında beş min ABŞ dollarına satarkən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Demokratik.Az

 

 

Oxşar xəbərlər