Bakıda qadınları şantaj edərək pul alan dəstə tutulub

  • 26 yan 2017, 16:29
Bakıda qadınları şantaj edərək onlardan pul alan dəstə üzvləri saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Bakı şəhər sakinləri olan 2 nəfər qadın barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib onlardan 1000 manat pul almaqda şübhəli bilinən paytaxt sakinləri Ceyhun Həmidov, Ədil Maqsudov, Comərd Həmzəyev, Bəxtiyar Ağayev və qardaşı Tural tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.
Oxşar xəbərlər