Gəncə İmamzadə Ziyarətgahında təxribat

  • 24 yan 2017, 21:43

 

Ötən gün tanınmış jurnalist, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı qalmaqallı foto paylaşıb. Gördüyünüz kimi, üzərində şiələrin sevimlisi, peyğəmbər nəvəsi "İmam Hüseyn"in adı yazılan stent Gəncədə - İmamzadə Dini kompleksində təhqiramiz şəkildə zibilliyə atılıb. Şəklin müəllifinin - Əvəz Zeynallının Faktxeber.com-a bildirdiyinə görə :"Özüm şəxsən girmişəm İmamzadəyə, gördüm ki, İmam Hüseyn meydanında adının yazıldığı lövhə yoxdur. Soruşmuşam, mənə zibilliyi göstəriblər. Orda arxada, Qurbanlıqda qurbankəsmə mərasimi üçün yer var, onun arxası da zibillikdir. Bu fotoları orda çəkmişəm. Həm minbəri, həm də "İmam Hüseyn" yazılan lövhəni ora atıblar".

"Demokratik.Az"-ın əldə etdiyi xəbərə görə, Gəncə sakinləri, xüsusən dindarlar hiddətlə bu olayı danışır: "Demokratik.Az"-a müəmmalı hadisəyə aydınlıq gətirilə biləcək məlumat daxil olub. Daha doğrusu, məlumatlı mənbə lövhənin necə zibilliyə atıldığına dair iddia irəli sürüb. Mənbə bildirir: "Hadisə böyük ehtimalla gecə baş verib. Sifarişlə bir neçə şəxs tərəfindən təxribat məqsədilə törədilib". 

Mənbə lövhənin xeyli müddətdir (bir neçə gün əvvəl) bu zibilliyə atıldığını da deyib. Bəs belə bir sayqısızlığa kim və ya kimlər cürət edib? Hadisənin sifarişçisi, günahkarı kimdir?

"İmam Hüseyn" adı olan lövhənin beləcə təhqir edilməsində məqsəd nədir? Bu sualların cavabını hər halda aidiyyatı orqanlar araşdırıb tapacaq...

.....................................

.....................................

Saytımıza sızan yeni bilgiyə görə, hadisəni törədən şəxs artıq müəyyənləşib və öz əməlini etiraf edən Namiq Allahverdiyev adlı şəxs "işindən" uzaqlaşdırılıb. Bu ad "Demokratik.Az"-a xeyli vaxtdır tanışdır. Belə ki, bu şəxs Elmar Vəliyevin şəxsi maraqları çərçivəsində ziyarətgahda "gestapo" rejimi quraraq xeyli müddətdir dindarların hissiyatı ilə oynamaqda idi. O zor gücü ilə İmamzadənin işlərinə müdaxilələr edirdi, təxribat xarakterli hərəkətlərə yol verirdi. Xatırladaq ki, hadisə Gəncənin icra başçısı ilə QMİ-nin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Qarabaği arasında yaşanan xoşagəlməz hadisələrin davamıdır. Dəfələrlə tanınmış din xadimi Hacı Tahir Elmar Vəliyevin iradəsilə təyziq və təqibə məruz qalıb. (mövzu diqqətimizdədir)


 

Demokratik.Az

 
Oxşar xəbərlər