Göygöldə 4 otaqlı evdə yanğın olub

  • 11 yan 2017, 08:25
Göygöldə yanğın hadisəsi qeydə alınıb. 

Musavat.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Toğanalı kəndində hal-hazırda yaşayış olmayan ümumi sahəsi 200 m2 olan 4 otaqlı tikilidə baş verib. Nəticədə tikilinin dam örtüyü, tavanı 80 m2 sahədə və içərisində olan istifadəyə yararsız 10 ədəd döşək qismən yanıb. 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər