İki rayonumuzda ev yanıb

  • 03 yan 2017, 10:16
Ağcabədidə və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu,Hindarx kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 76 m2 sahədə və dam örtüyü 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Mingəçevir şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Demokratik.Az
Oxşar xəbərlər