Beş əcnəbinin meyiti aşkarlanıb - Bakıda

  • 02 yan 2017, 09:58
Bakıda mənzildə beş nəfərin meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saylı məlumat yayıb.
Məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 19:12-də başa çatıb.
 
Demokratik.Az
Oxşar xəbərlər