İsrailli boksçu Bakıda xəstəxanaya yerləşdirildi

  • 26 dek 2016, 21:18
Bakıda Abbas Ağalarovun xatirəsinə keçirilmiş beynəlxalq turnirdə İsrail yığmasının boksçusu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Report-un məlumatına görə, 69 kq çəkidə çıxış edən 16 yaşlı Dereş Pablo döyüş zamanı zədələnib.

O, ötən gün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Federasiyanın baş katibi Nağı Səfərov açıqlamasında idmançının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsini təsdiqləyib. O bildirib ki, D.Pablo xəstəxanada tibbi müayindən keçib, tomoqrafiya olunub. Tibbi müayinədən sonra D.Pablo komandanın məskunlaşıdığı otelə yola salınıb. N.Səfərov İsrail yığmasının bu axşam Azərbaycanı tərk edəcəyini də vurğulayıb.
Oxşar xəbərlər