20 yaşlı qadın intihara cəhd edib-Şəmkirdə

  • 19 dek 2016, 09:27
Şəmkir rayonunda 20 yaşlı qadın intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Posanlı kəndin sakini, 1996-cı il təvəllüdlü, Məmmədova Pərvanə Vəli qızı ailə münaqişəsi zəminində müxtəlif dərmanlar içərək intihara cəhd edib.

Zəhərlənən qadın yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hazırda Pərvanə Məmmədovanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Demokratik.Az
Oxşar xəbərlər