Gəncədə avtoqəza-sürücülər yaralandı

  • 06 dek 2016, 00:46

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Cavadxan qəsəbəsinə gedən yolda qeydə alınıb.

 

İki "VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülər, Gəncə şəhər sakinləri, 1982-ci il təvəllüdlü Fərasət Məlikov və 1992-ci il təvəllüdlü Elnur Elbəgiyev  müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər