Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:28 - 22.06.2018  
Gəncənin dezinformatoru Demokratik.Az-ı “hədələyir”
Tarix: 5-12-2016, 08:33 | Bölmə: Xəbərlər » Kriminal

İspanlara qonaqlıq, cırılan istefa ərizəsi, bir də Elmar Vəliyevi Barselonaya aparacaq səbəb...

"İnsanın iki gözü, iki də qulağı var. Biriləri pisi görəndə, digərləri də yaxşını görüb qiymət verməli deyilmi?” Bu fikirlər Gəncədə baş verən silsilə olaylarla bağlı "Demokratik.Az” da yer alan tənqidi yazılara rəğmən, biz jurnalislərin də güvəncə yeridir. İlk baxımdan məntiqli görünən bu iradın fərqinə belə varmayan, çörəyini yeyib, suyunu içib də, bu tarixi şəhərdə hər kəsi və hər şeyi qara görən məmurlar var. Belə məmurlardan biri Elmar Vəliyevin lap yaxınlığındadı... Gəncə İcra Hakimiyyətində qaragüruhçuluğun mahir ustası, bir çox hallarda qalmaqallı icra başçısını yalan məlumatları ilə "təxribat”a sürükləyən, bir çox adamı qəsdlə "rəhbərinə” düşmən obrazında təqdim edən imanlı imansız. Belə dezinformator Elmar Vəliyevin özünə və fəaliyyətinə potensial təhlükədir. Bəli! Söhbət Gəncə İH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədovdan gedəcək...

Gəncənin dezinformatoru Demokratik.Az-ı “hədələyir”Demokratik.az xatırladır ki, ötən həftə (28 noyabr) İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndə heyətinin üzvləri Gəncədə olublar. Əcnəbi qonaqlar və İspaniyadakı diplomatik korpusun nümayəndələri Elmar Vəliyevin müşaiyyəti ilə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra, 1936-1939-cu illərdə Gəncədə 30 saylı orta məktəbin binasında fəaliyyət göstərmiş 20 nömrəli təyyarəçilik məktəbinin ispan kursantları və təlimçilərinin xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimində iştirak ediblər. Heyət muzeylə tanışlıqdan sonra, Gəncənin gəzməli yerlərinə baş çəkiblər, "Fəxri Xiyaban”da uyuyan 19 nəfər ispan təyyarəçilərinin məzarlarını ziyarət ediblər...

 Gəncə İH-dəki etibarlı mənbə tərəfindən Demokratik.Az-a verilən məlumata görə, axşam saatlarında Elmar Vəlievin təşəbbüsü ilə qonaqlara Gəncədəki məşhur "Ramada Plaza” otelində dəbdəbəli ziyafət məclisi də təşkil olunub. Elmar Vəliyev qonaqların sağlığına o qədər içib ki, sonda sərxoş olub. Məlumata görə, məclisdə iştirak edən İH rəsmisi Həsən Məmmədov icra başçısına verdiyi məlumatlardan sonra, cibində gəzdirdiyi kağız parçasını sonuncuya təqdim etməsi qalmaqala səbəb olub. Elmar Vəliyev məmurun hərəkətlərinə, çox danışmasına dözməyib və aldığı kağızı əsəbi halda cıraraq Həsən Məmmədovdan susmağını tələb edib. Daha sonra əsəbi başçı ispanlarla sağollaşaraq məclisi tərk edib.

 Hadisənin mahiyyətinə Demokratik.Az-da aydınlıq gətirməyə çalışan mənbə bildirir ki, H.Məmmədovun dayısı, əvvəllər şəhər Kommunal Təsərrüfat şöbəsində müavin olan Şahin Məmmədov işdən çıxması üçün Elmar Vəliyevə "ərizə” yazıb. Daha doğrusu, Nəqliyyat Nazirliyi Yanında DANX-a göndərmək istədiyi istefa ərizəsini ilk öncə Elmar Vəliyevə təqdim etməyə cəsarət tapmayan Şahin Məmmədov bu missiyanı "poçtalyon” kimi bacısı oğlu Həsən Məmmədova həvalə edib. Başçının cırıqladığı kağız da məmurun istefa ərizəsi olub.

Yayılan xəbərə görə, "dayı”nın aylar öncə 1 saylı Gəncə Regional Nəqliyyat Departamentinin rəisi postuna yiyələnməsi məhz Elmar Vəliyevin xeyir-duası ilə baş tutub və bu işdə dayısına Həsən Məmmədov vasitəçilik edib. Lakin, Şahin Məmmədovun fəaliyyətində Gəncə İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi arasında baş qaldıran narazılıqlar onun istefasını zəruri edib. Görünür, Elmar Vəliyevin hiddətinə səbəb olan da odur ki, dayısına bir müddət öncə vəzifə istəyən Həsən müəllim çox keçməyib ki, başçıya bəhanələrlə dolu "istefa” xəbəri gətirib. Amma, olayın daha maraqlı tərəfləri da var.

Hər məktəbdən 150 manat "haqq” yığılıb?

Gəncənin dezinformatoru Demokratik.Az-ı “hədələyir”Demokratik.Az-ın məlumatına görə, İspaniyalı qonaqların Gəncəyə gəlişi gözlənilən olub.

Qarşılanma mərasiminin yüksək səviyyədə təşkilinə göstəriş verildikdə icra başçısına deyilib ki, 30 saylı orta məktəbdə ispanlara yaradılacaq "Xatirə Muzeyi”nə xeyli maddi vəsait tələb olunur. Məsləhətləşmələrdən sonra təşkilati məsələlərin həlli İHB-nin müavini Sevda Qurbanəliyevaya tapşırılıb. Xanımın müavini Həsən Məmmədov da öz növbəsində canfəşanlıq edərək maraqlı təkliflə çıxış edib. Deyib ki, şəhər məktəblərinin hər birindən 150-200 manat yığılsın və "muzey”in yüksək səviyyədə qurulması bu yolla təmin edilsin. Lakin sonradan ağıllı təklif sahibi məktəblərdə yığılan pul barədə özünə yaxın media təmsilçilərinə xəbər sızdırıb və bir çox məktəb direktorunun "başı” ağrıyıb. Məlumata görə, xanım müavinlə H.Məmmədov arasında narazılıqlar var və sonuncu hər vəchlə xanım müavini "vurmağa” çalışır. Həsən Məmmədova yaxın olduğunu iddia edən jurnalistin Demokratik.Az-a bildirdiyinə görə, pulu Sevda Həsənəliyeva özü "yığıb”. Nəticədə "jurnalistlərin dostu” bu faktı xanım müavinə qarşı kompromat kimi istifadə edib. Ölkənin belə bir durumunda məktəblərdən (müəllimlərdən) pul yığılması yəqin ki, hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq və Gəncə məmurlarının "ispan jesti”nə hüquqi qiymət veriləcək.

Dezinformator "Demokratik.Az”-ı niyə hədələyir?

Bildirək ki, Elmar Vəliyevin inamından, etibarından öz xeyrinə istifadə edən Həsən Məmmədov dezinformasiya ilə də məşğuldur. Bu məmurun işi, gücü danos toplamaq və başçıya veriləcək məlumatları istədiyi kimi "raport” etməkdir. Demək olar ki, o buna xeyli dərəcədə nail olub. Uduzan tərəf isə, yəqin ki, Elmar Vəliyevdir. Çünki, başçının yanında kiminsə şəxsiyyəti, fəaliyyəti barədə rəy yaratmaq mühüm məsələdir. Amma cənab Elmar Vəliyev kimlərinsə xüsusən Həsən Məmmədov kimilərinin dedikləri ilə deyil, məntiqlə və qanunamüvafiq qaydalarla hərəkət etsə hər kəs yanında daha hörmətli olar. Demokratik.Az-a daxil olan məlumata görə, Həsən Məmmədov media təmsilçiləri barədə də ziddiyyətli rəylər yaradır. Hətta, Elmar Vəliyevin yalançı informatoru Demokratik.Az-ın redaktoru Osman Nərimanoğluna müxtəlif şəxslər vasitəsilə təhdidedici mesajlar göndərir. Saytın rəhbəri barədə İHB rəsmiləri arasında pis rəy yaratmağa çalışır. Jurnalisti həzm edə bilməyən bu məmur "Ramada Plaza”kı qonaqlıqda da elə hey Demokratik.Az-ı, Osman Nərimanoğlunu sayıqlayıb. Məqsədi isə bizə bəllidir. Demokratik.Az-a görə, Həsən Məmmədov süni imic və rəy formalaşdırmaqla icra başçısını növbəti yalnışlığa yönləndirir. O ki, qaldı H.Məmmədovun bizə bir neçə telefon zəngində dediklərinə, biz yalnış səmtə yönələn deyilik. Biz yazan deyilik ki, "Elmar Vəliyev toxunulmazdır, təhlükəlidir, adamı öldürtdürə, ondan yazan jurnalistləri tutdura, döydürə bilər”. Bu sözləri Demokratik.Az-a Həsən Məmmədov deyib.

Elmar Vəliyev Barselonaya gedəcək?

Gəncənin dezinformatoru Demokratik.Az-ı “hədələyir”Sonda bildirək ki, növbəti aylarda Gəncənin İcra Başçısı İspaniyaya (Barselonaya) dəvət alacaq. Gəncə İHB-dəki mənbəmizin məlumatına görə, 2017-ci ildə Gəncə şəhəri ilə İspaniyanı möhkəm tellərlə bir birinə bağlayan təyyarəçilik məktəbinin yaranmasının 80 ili tamam olacaq. Bu məqsədlə də Elmar Vəliyevin Barselonaya səfəri planlaşdırılıb. Nəzərə alsaq ki, Elmar Vəliyev ölkəmizin İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovla dostdur, deməli səfərin reallaşacağı şübhəsizdir. Anar Məmmədov isə BDU rektoru, Abel Məhərrəmovun oğludur və diplomatik vəzifəyə bu ilin aprelində təyin olunub.

Osman Nərimanoğlu

Demokratik.Az iddialara qarşı tərəfdən cavab tapmağa çalışıb. Həsən Məmmədovla əlaqə zamanı məlum olub ki, mətbuatın suallarına Hüseyin müəllim aydınlıq gətirir. Hüseyin müəllim isə elektron müraciəti məsləhət gördü: -"yazın e-poçta atın cavab verək”.Təhsil şöbəsinin müdiri Zakir Hüseynov isə hadisədən xəbərsiz olduğunu, məktəblərdən yığılan 150 manatdan xəbərsiz olduğunu bildirib. Demokratik.Az hər bir halda yazıda adıçəkilən hər kəsin mövqeyini işıqlandırmağa hazırdır.

Demokratik.Az    

 

 

Xəbər 4053 dəfə oxunub






Oxşar xəbərlər

Tramp milli təhlükəsizlik üzrə müşavirini Moskvaya göndərir
AŞ PA-nın yay sessiyası öncəsi Bakıya təzyiq - Bəyanat
Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏT
Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12870] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00739] calend [0.00041] topnewsend [0.00416] rsssend [0.00000] ehgend [0.00624] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10928]