Rafiq Ramazanova vəzifə verildi-DTX-da

  • 29 noy 2016, 10:11
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev yeni təyinatla bağlı əmr imzalayıb.

mia.az-ın yaydığı məlumata görə, M.Quliyev bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə azad edilən ədliyyə polkovniki Rafiq Ramazanovu DTX-da şöbə rəisi vəzifəsinə təyin edib.

Xatırladaq ki, R.Ramazanov M.Quliyevin kadrlarından hesab olunur. O, M.Quliyevin rəis olduğu dönəmdə Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsinin icrası da Rafiq Ramazanova həvalə edilmişdi.

Demokratik.Az

Oxşar xəbərlər