Gömrük postunda Türkiyə vətəndaşı öldü

  • 26 noy 2016, 14:15
Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşı gömrük postunda ölüb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin "Mazımçay” gömrük postunun piyada keçid xəttində Gürcüstandan respublikamıza gələn 1952-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib. Gömrük əməkdaşları ilkin yardım göstərib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, vətəndaşı xilas etmək mümkün olmayıb.

Tibbi personalın verdiyi ilkin rəyə əsasən Türkiyə Respublikasının vətəndaşı Naim Tozlu urək tutmasından vəfat edib.

Oxşar xəbərlər