Deputatlara yeni vəzifə verildi

  • 19 noy 2016, 20:10
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovla deputat Cavanşir Feyziyevə yeni vəzifə verilib.

Bu barədə Milli Məclisdən Modern.az-a verilən məlumatda bildirilib.

Deputat Fuad Muradov bundan sonra Avronest Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri vəzifəsində olacaq.

Cavanşir Feyziyev isə Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədridir.
Oxşar xəbərlər