Bərdədə zəncirvari qəza olub

  • 28 okt 2016, 22:11

Bərdə rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

 

 

 

 

"Report"un Qarabağ bürosu xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində baş verən qəza zamanı iki "VAZ 2107" və bir "VAZ 2106" markalı avtomobil toqquşub.

Hadisə zamanı avtomobillərdən ikisinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Qəza zamanı maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.