Kürdəmirdə 16 yaşlı qız özünü asıb

  • 23 okt 2016, 17:10
Kürdəmir rayon sakini intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Beyi kəndində baş verib. Beyi kənd sakini 2000-ci il təvəllüdlü Nazəni Vaqif qızı Yunusova həyətlərindəki tövlədə özünü asaraq, intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər