Aşıq Ədalətin səhhəti pisləşdi

  • 22 okt 2016, 18:49
Demokratik.Az Ölkə.Az-a istinadən bildirir ki, sənətkarın ayaqları tutulub. Nəsibov səhhəti haqda danışarkən bunları deyib:
 
"Səhhətim yaxşı deyil, müalicə olunuram. Dizlərim, oynaqlarım tutulub. Həmişə bu vaxt belə problemlərim olur. Yəqin ki, bir neçə günlük müalicədən sonra başım da düzələcək, ayaqlarım da. Yeriyə bilmirəm, ancaq təbii ehtiyac olanda yeriməyə məcburam".
 
Xatırladaq ki, Aşıq Ədalət 1939-cu ildə Qazaxda anadan olub.
 
Demokratik.Az
Oxşar xəbərlər