“Xanoba” postunda əməliyyat

  • 08 okt 2016, 19:54
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən "Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

"Qafqazinfo” xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 24 800 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər