Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:13 - 22.09.2019  
Qatil qadının etirafı-ərim evdə olmayanda...
Tarix: 13-09-2016, 19:13 | Bölmə: Xəbərlər » Kriminal

Son günlər ölkə gündəmini zəbt edən qətl hadisəsinin detalları məlum olub. Belə ki, ötən ilin sentyabrın 26-da iş adamı Kamran Mahmudov evində, yatdığı yerdə arvadı Lalə Mahmudova və onun sevgilisi Sədi Məmmədov tərəfindən əvvəlcə güllələnərək qətlə öldürülüb, sonra isə cəsədi onlarla parçaları bölünüb basdırılıb.

Qatil qadının etirafı-ərim evdə olmayanda...

 

"Qafqazinfo” nəşri qətli törədən S.Məmmədov və L.Mahmudovanın istintaqa ifadələrini əldə edib.

 

Təqsirləndirilən şəxslərin dəhşətli hadisə barəsində danışdıqlarını təqdim edirik.

Sədi Məmmədov ifadəsində deyib ki, sevgili olduğu Lalə Mahmudova ilə dəfələrlə otellərdə və Lalənin əri ilə birgə yaşadığı mənzildə cinsi əlaqədə olub: 

"Lalə bir gün ərinin ondan şübhələndiyini dedi və birlikdə Kamranı öldürməyi planlaşdırdıq. Plana görə, Lalə qapını açmalı, mən Kamranı yatdığı yerdə öldürüb, bədənini doğrayıb İsmayıllı rayonuna aparıb basdırmalı idim. Sentyabrın ortalarında meyiti yığmaq üçün sellofan torbalar və xomutlar alıb Laləyə verdim, evə apardı.

Hadisədən 1-2 gün əvvəl "Makdonalds”da Lalə ilə görüşüb qətli necə edəcəyimizi bir daha razılaşdırdıq. Lalə dedi ki, Kamranın evə gəlməsi və yatması barədə mənə məlumat verəcək, sonra qapını açacaq və mən evə daxil olacağam. Planlaşdırdığımız kimi də oldu. Çantamda silah, bıçaq və dəmir kəsən mişar götürmüşdüm. Silahı çıxarıb Kamran yatan otağa girdim. Lalə mətbəxə keçib gözləməyə başladı. Kamranın başının arxasından bir güllə vurdum, sonra dəhlizə qayıtdım. Laləyə "vsyo” dedim. O da Kamranın başının qanı otağa bulaşmasın deyə sellofan torbanı mənə verdi. Təkrar Kamran yatan otağa girib onun başına 2 güllə sıxdım, sonra xırıltı səsi tam kəsildi. Torbanı Kamranın başına keçirtdim. Lalə ilə birgə meyiti sürüyərək hamam otağına apardıq. Laləyə çölə çıxmasını dedim, qapını bağladım, Kamranın paltarlarını çıxarıb bədənini bıçaq, sümüklərini dəmir kəsən mişarla doğramağa başladım. Laləni çağırıb sellofanları verməsini dedim. O, parçalanmış meyiti görməmək üçün otağa baxmadan sellofanları verdi. Kamranın parçalarını 15 torbaya yığıb ağzını xomutla bağladım. Sonra onları Laləyə verdim, o da dəhlizdə divara söykəyib yığırdı. Hamamda qanı yudum, özüm də yuyundum, yorulduğum üçün biraz dincəldim. Sonra torbaları daşıyıb maşınıma yığdım. Öz evimə gedib paltarımı dəyişib, İsmayıllıya getdim.

Yolda qardaşım Əliyə zəng edib ağac əkmək üçün yer qazmasını istədim. Ora çatandan sonra qazılan yeri biraz da genişləndirdim, Kamranın cəsədinin hissələrini torbalardan çıxarıb çuxura töküb üstünü basdırdım. İzi itirmək üçün ora çınqıl töküb, üstündə ocaq qaladım. Kamranın paltarlarını da özümlə götürmüşdüm, onları da ocaqda yandırdım. Silahı yardımçı evdə gizlədib, getdim. Peşmanam”.

Lalə Mahmudova istintaqa ifadəsində əri Kamran Mahmudovun qətlində iştirak etmədiyini deyib: 

"Kamran Nərimanov rayonunda "Fullmart” marketin direktoru idi. Maddi imkanı yaxşı olsa da, ailəmizi təmin edə bilmirdi. İşləməyimə etiraz edirdi, mənə qadın kimi diqqət ayırmırdı, gəzməyə aparmırdı, sekslə məşğul olanda yalnız özünü fikirləşirdi, bir kişi kimi məni təmin etmirdi. Təxminən 4 il əvvəl anamın qızıl alqı-satqısı dükanını icarəyə verdiyi Sədi ilə tanış oldum, evli olduğunu, 2 oğlu olduğunu bilirdim. Sonralar münasibətlərimiz istiləşdi, Kamran evdə olmayanda gecə saat 1-2 radələrində uşaqları yatırıb Sədini çağırırdım, intim əlaqədə olurduq.

2014-cü ildə Sədi ilə gizli görüşməkdən bezdim, Kamrana boşanmaq istədiyimi dedim, razılaşmadı. Sədini sevirdim, onunla evlənmək istəyirdim, amma arvadından boşanmasını istəmirdim. Sədi mənim üçün əsl kişi idi. Bir gün mənə Kamranı öldürməyi təklif etdi, razılaşdım. Amma Sədinin qəzaya düşməsi bu planımızı təxirə saldı. O yeriməyə başlayandan sonra təkrar planı reallaşdırmaq qərarına gəldik. Sentyabrın 25-i axşam Sədiyə "Line”da mesaj yazıb Kamranın evə gəldiyini və bərk yatdığını dedim, sonra mesajları sildim. Qapını açdım, Sədi otağa keçdi, mən mətbəxdə gözlədim. Bir neçə dəqiqə sonra taqqıltı və xırıltı səsi eşitdim. Bildim ki, Sədi Kamranı güllələyib, o da xırıldayır”.

L.Mahmudova ondan sonra baş verənlər haqda S.Məmmədovun dediklərinə oxşar ifadə verib. Sonda ərinin öldürülməsindən peşman olmadığını deyib: "Bircə hadisənin üstünün açılmasına görə peşmanam. Mən Sədi ilə birgə olmaq istəyirdim. Kamrandan boşansaydım da, yenə uşaqları görmək adı ilə bizi narahat edəcəkdi”.

Öldürülən K.Mahmudovun qardaşı Elçin Mahmudov qətl ərəfəsində baş verənlərdən danışıb: 

"Əvvəla onu deyim ki, məhkəmə prosesinin qapalı keçirilməsi bizim üçün müəmmalı oldu. Müəyyən detallar ictimaiyyətdən gizli saxlanıldı. Cəmiyyət bilməli idi ki, söhbət necə olub. Məhkəmədə Lalə hər şeyi boynundan atır, guya ki, əvvəldən qətl törədiləcəyindən məlumatı olmayıb. Onun ifadəsinə görə, Sədi Kamranı öldürüb, doğrayıb, daşıyıb maşına yığandan sonra Laləyə onu öldürdüyünü deyib. Sədi də məhkəmədə dedi ki, əvvəldən Kamranı öldürmək istəməyib, ani qərar verib. Sual verdilər ki, bəs silah niyə üstündə idi? Dedi mənim düşmənlərim var, ona görə maşınımda daim silah gəzdirirəm. Sədi qətldən əvvəl qəzaya düşüb deyə ağır şey qaldıra bilmir. Ondan soruşduq ki, cəsədi basdırdıqları yerin üstünə qoyulan ağır setka torbalarını necə qaldırıb? Cavab verə bilmədi. Çünki özü etməyib. Ona qardaşı Əli kömək edib. Bundan başqa, qətldən Lalənin anası Tacirənin, qardaşı qızının da xəbəri olub, amma gizlədiblər. Lalə qətl gecəsi Kamranın bütün şalvarlarının ayağını kəsib, bizə də deyirdi ki, Kamran vəhabilərə qoşulmuşdu. İndi də vəkilləri onları öyrədir, hər dəfə fərqli bir şey deyirlər”.

Qeyd edək ki, hazırda qətl hadisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir. 

Xəbər 2956 dəfə oxunub






Oxşar xəbərlər

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26750] initstartout [0.00017] initstartin [0.00068] calstart [0.00955] calend [0.00051] topnewsend [0.00430] rsssend [0.00000] ehgend [0.00545] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24613]