Bakıda restoranda yanğın olub

  • 12 avq 2016, 20:33
Bakıda restoranda yanğın hadisəsi baş verib. Bizimyol.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda vətəndaşa məxsus restoranının ərazisində ümumi sahəsi 190 kvadratmetr olan ikimərtəbəli 10 otaqlı binanın 2-ci mərtəbəsində qeydə alınıb.
 
2 otaq 20 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar xəbərlər