Azərbaycanda oğurluq statistikası “rekord” qırdı

  • 12 avq 2016, 17:26
Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2016-cı ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair  təhlilinə görə hesabat dövründə mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 1140 (+37.5%; 4181-3041), dələduzluq cinayətləri 710 (+41.4%; 2427-1717), soyğunçuluq 24 (+16.7%;168-144), quldurluqla bağlı cinayətlər  12 (+ 14.0%; 98-86) fakt artıb. Bu məlumatlar hələ yarım il üzrədir. Ümumiyyətlə, statistik məlumatların təhlili deməyə əsas verir ki, bu növ cinayətlər ilbəil çoxalıb. Təkcə 2010-cu ildən bu yana verilən rəsmi rəqəmlərə nəzər salmaq yetərlidir ki, ölkədəki ümumi mənzərə aydın olsun. Belə ki, həmin il oğurluq cinayətləri 228 (+6,3%; 3868-3640), o cümlədən mənzillərdən oğurluq 6 (+0,5%; 1148-1142), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 13 (+7,7%; 181-168) fakt artıb.

2011-ci ildə oğurluq cinayətləri 1151 (+29,8%; 5019-3868), o cümlədən mənzillərdən oğurluq 310 (+27%; 1458-1148), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 81 (+44,8%; 262-181) fakt çoxalıb. 2012-ci il ərzində cinayətkarlığın dinamikası soyğunçuluqların 17,6% (-54; 252-306), ogurluq cinayətlərinin 15,6% (-783; 4236-5019), quldurluq cinayətlərinin 13,7% (-21;132-153) azalması ilə xarakterizə olunub, dələduzluq cinayətləri 128 (+8,1%; 1716-1588), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 39 (+14,9%; 301-262) fakt olmaqla artıb. 2013-cü ildə iqtisadi sahədə cinayətlər 24% (+1679), onlardan mülkiyyət əleyhinə olan cinayətlərdən mənzillərdən oğurluqlar 33,5%(+441), avtonəqliyyatın qaçırılması 10,6% (+32) cinayətləri artıb. 2014-cü ildə də avtonəqliyyatın qaçırılması 43,6% (+17), oğurluqlar 13,9% (+717), o cümlədən mənzillərdən oğurluqlar 8,7% (+152) çoxalıb. Ötən il dələduzluqlar 37,1% (+991), oğurluqlar 8,1% (+476), o cümlədən mənzillərdən oğurluqlar 13,5% (+257), soyğunçuluq 40,2% (+97), quldurluq 31,9% (+51), hədə-qorxu ilə tələb etmə 42,9% (+24), korrupsiya ilə bağlı cinayətlər 18,4% (+34) artıb. Göründüyü kimi, iqtisadi çətinlik, iş yerlərinin ixtisarı oğurluq, soyğunçuluq hallarını dəfələrlə artırıb.
   
Nazirliyin müvafiq idarəsi oğurluqları bu ilin 6 ayı üçün 1140 göstərib və bu rəqəmin +37.5% olmaqla artdığını qeyd edib. Eyni zamanda, ötən ilin 6 ayı ilə müqayisədə  3041 oğurluq faktına qarşı 4181 fakt var. Müxtəlif illərin göstəricilərinin təhlilinə nəzər salanda görürük ki, hər il mindən artıq yeni oğru peyda olur. Bu il isə rekordu qırmışıq - təkcə 6 ay üçün artım 1140 faktdır. Hər il say min fakt civarında artsa da təkcə bu yarım illikdə "normativ” tam yerinə yetirilib.  
 
Demokratik.Az

Oxşar xəbərlər